Logo

“Pfizer” 12-15 yaş arası uşaqlara da vurula bilər

10.04.2021 12:24 443 baxış
IMG

ABŞ əczaçılıq şirkəti “Pfizer” və alman biotexnoloji şirkəti “BioNTech” birlikdə 12-15 yaş arası uşaqlara peyvənd vurulması barədə ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edib.

 

Tehsil.biz xəbər verir ki, bu barədə “Pfizerin” sosial şəbəkə hesabında məlumat yayılıb. Qeyd edilib ki,  2021-ci il tədris ili başlamazdan əvvəl 12-15 yaş qrupuna peyvənd vurulacağına ümid olunur.

 

Qeyd edək ki, 12-15 yaş arası uşaqlar üzərində “Pfizer/BioNTech” peyvəndinin klinik sınaqlarının nəticələri ötən ay açıqlanıb.

 

Vaksin 16 yaşdan yuxarı insanlarda təcili istifadə üçün təsdiq edilib.

Xəbər lenti