Logo

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar

11.04.2024 21:33 143 baxış
IMG

Bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Zəngəzurun tarixi və coğrafiyası” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfransda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Türkiyənin Mərmərə Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan, Gəncə, Sumqayıt Dövlət universitetləri, o cümlədən ölkənin bir sıra elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssislərinin qatıldığı konfransda Biblioqrafiya şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva “Qədim Azərbaycan torpağı Zəngəzur”, həmin şöbənin kiçik elmi işçisi Sevinc Muxtarova isə “Zəngəzur: tarixi məkan, milli yaddaş” adlı məruzələrlə çıxış edib və beynəlxalq sertifikatla təltif olunublar.

Xəbər lenti