Logo

ADU-nun bir qrup heyəti "Buta" məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ilə görüşüb

11.04.2024 22:49 373 baxış
IMG

Azərbaycan Dillər Universitetinin pedaqoji heyəti ilə "Buta" məktəbəqədər təhsil müəssisəsinin rəhbəri G.Ağamalı arasında görüş keçirilib.

ADU-dan"Tehsil.biz"ə bildirilib ki, görüşdə Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova, rektor məsləhətçisi A.Osmanlı, Təhsil 2 fakültəsinin dekanı dos.S.Nuriyev, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin müdiri N.Aşurov iştirak ediblər.

Görüş zamanı hər iki təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb, təcrübənin təşkili, eyni zamanda Könüllü Proqramının həyata keçirilməsi, universitet müəllimləri tərəfindən ustad dərslərinin verilməsi, məşğələlərin müşahidəsi, monitorinqi, müzakirəsinin keçirilməsi, G.Ağamalının universitetin müvafiq ixtisasında tədris prosesinə cəlb olunması, tələbələrin praktik bacarıqlarının yüksəldilməsi məqsədilə təlimlərin təşkili, universitet mütəxəssisləri tərəfindən bağça uşaqlarının sensor profilinin hazırlanması üçün diaqnostikanın aparılması və digər məsələlər müzakirə olunub.

Görüşün sonunda "Buta" məktəbəqədər təhsil müəssisəsinin rəhbəri G.Ağamalı universitetin rektoru akademik K.Abdullayevə son illərdə təhsil müəssisəsində yaradılmış şəraitə, formalaşdırılmış inkişafetdirici mühitə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti əmək bazarında sağlam rəqabət tendensiyasına əsaslanaraq mütəmadi olaraq müvafiq müəssisəsilərin rəhbərləri ilə görüşlər təşkil edir, müzakirələr aparır, məzunların əmək bazarındakı mövqeyinin möhkəmləndirilməsi, karyera imkanlarının genişləndirilməsi məqsədilə zəruri addımlar atır.

Xəbər lenti