Logo

İrəvan məktəblərində terror həyəcanı: Nazirlik məlumat yaydı

12.04.2024 14:51 193 baxış
IMG

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi İrəvan məktəblərində törədiləcək terror aktlarının hazırlanması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Tehdil.biz erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, daha əvvəl anonim “Telegram” kanallarından birində naməlum şəxsin aprelin 12-də İrəvanda 17 məktəbdə, eləcə də 2 ticarət mərkəzində terror aktları törətməyi planlaşdırdığı barədə xəbər yayılıb. Məktəb çatında sürətlə yayılan xəbər valideynlərdə narahatlıq yaradıb.

“Hazırda məktəblərdə dərslər davam edir, lakin biz hüquq-mühafizə orqanlarından mesajları yoxlamağı xahiş etdik”, - deyə nazirlikdən bildirilib.

Xəbər lenti