Logo

Hindistanda məktəbliləri daşıyan avtobus aşıb: Ölənlər və yaralananlar var

12.04.2024 15:21 170 baxış
IMG

Hindistanın mərkəzi Haryana əyalətində maraqlı hadisə yaşanıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, məktəbliləri daşıyan sürücü avtobus hərəkətdə olarkən özünü yerə atıb, nəticədə avtobus ağaca çırpılaraq aşıb.

Qəza zamanı avtobusda 30-dan çox məktəbli olub. Onlardan 6-sı ölüb, 20-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı uşaqlar xəstəxanaya yerləşdiriliblər, 3-nün vəziyyəti ağırdır.

Hadisəni törədən sürücünün sərxoş olması ehtimal olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar.

Xəbər lenti