Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı Yunanıstanın Afina Kənd Təsərrüfatı Universitetində olublar.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin əməkdaşları Urfan Tağıyev və Sevil Həsənova Afina Kənd Təsərrüfatı Universitetinin rəhbərliyi və akademik heyəti ilə görüşlər keçirib, seminarlar təşkil ediblər.