Logo

“WhatsApp”da quraşdırılmış neyroşəbəkə fəaliyyətə başlayıb - FOTO

13.04.2024 10:00 334 baxış
IMG

“WhatsApp” tərtibatçıları “Meta AI” çatbotunu mesencerin daxilindəki axtarış panelində sınaqdan keçirməyə başlayıblar.

Tehsil.biz WABetaInfo-ya istinadən xəbər verir ki, “Meta AI” çatbotu “Android” və “iOS” əməliyyat sistemlərində “WhatsApp”ın beta versiyalarının bəzi istifadəçiləri üçün əlçatandır. Neyroşəbəkə bəzi ingilisdilli ölkələrdə axtarış panelində aktivləşdirilib.

“Meta AI”ı açmaqla istifadəçilər çatbota verilə biləcək potensial suallara baxa bilərlər. Təklif olunan mövzular təsadüfi olaraq yaradılır. Bu suallar “WhatsApp” və istifadəçi ilə bağlıdır.

Hələlik “Meta AI” çatbotu yalnız bəzi beta-testerlər üçün əlçatandır. Süni intellektin bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi məlum deyil.

Xəbər lenti