Logo

10 aprel dünyada Bacı-Qardaş günü kimi qeyd olunur

10.04.2021 16:26 1525 baxış
IMG

1998-ci ildən bəri hər il 10 aprel tarixində dünyanın bir çox ölkələrində ailəvi bayram - Beynəlxalq Qardaş və Bacılar Günü qeyd olunur.

 

Bu günün qeyd olunması ABŞ-dan başlayıb və orada bayram Milli Qardaş və Bacılar Günü adlanır. Klaudiya Evart adlı bir şəxs erkən yaşlarında bacı və qardaşını itirib və itkini çox ağır keçirib. Onların xatirəsini əbədiləşdirmək üçün bacısının doğum gününü Qardaş və Bacılar günü kimi qeyd etməyə başlayıb. Tezliklə bu bayram populyarlaşıb və müxtəlif ölkələrə yayılıb.

 

İndi dünyanın bir çox yerində bu ailəvi bayram müxtəlif cür qeyd olunur. Bir yerdə çiçək vermək, digər yerdə hər ikisinin əllərinə lent bağlayıb gəzmək və ya şal hədiyyə etmək adətdir.

Xəbər lenti