Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib.
LDU-dan "Tehsil.biz"ə bildirilib ki, keçirilən olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
Bilik yarışmasına qatılan 500-ə yaxın şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar.
Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və qiymətli hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi web saytında və facebook səhifəsində məlumat veriləcək.
Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 7 ildə ənənəvi olaraq hər il keçirilir.