Bakı Slavyan Universitetinin (BSU) tələbələri üçün BSU TGT İntellektual Oyunlar Klubu tərəfindən "Gənc İntellekt" adlı intellektual yarış keçirilib.
BSU-dan "Tehsil.biz"ə bildirilib ki, yarışda hər birində 5 nəfər olmaqla, ümumilikdə 7 komanda iştirak edib.
İntellektual oyun formatında hazırlanmış yarışda "Sirius" komandası I, "Alfa" komandası II, "Mighyt five" komandası isə III yerə layiq görülüb.
Sonda qalib gəlmiş komandaların üzvləri sertifikatla təltif olunublar.