Logo

Rumıniya HTP çərçivəsində 2024-2025-ci tədris ili üzrə təqaüd proqramı elan edir

13.04.2024 22:23 213 baxış
IMG

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Tehsil.biz xəbər verir ki, təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına müraciət üçün son tarix 25 aprel 2024-cü ildir.

Xəbər lenti