Logo

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Ramazan tədbiri keçirilib - FOTO

14.04.2024 20:05 357 baxış
IMG

Aprelin 14-də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Ramazan bayramı münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin təşkilatçılarından Arzu Mirzəyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin uşaqlara olan hədsiz sevgisindən bəhs edib. Deyib ki, uşaqlara göstərilən diqqət və həssas yanaşma Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Hazırda uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

A.Mirzəyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdən danışıb, istər hökumət, istərsə də qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəallığından bəhs edib. Bildirilib ki, təkcə təşkilatlar, dövlət və özəl qurumlar deyil, vətəndaşlar da bu sahədə əllərindən gələni əsirgəməməli, həmin uşaqların parlaq gələcəyi naminə ölkəmizdə həyata keçirilən siyasətə dəstək verməlidirlər.

A.Mirzəyeva bugünkü tədbirin də həmin qəbildən olan uşaqlara sevginin ifadəsi olduğunu deyib, dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.

Digər çıxış edənlər xüsusi qayğıya ehtiyacı olan uşaqların kənarda qalmaması, onların cəmiyyətimizə qazandırılması, sevgi ilə əhatə olunduqlarını hiss etmələri üçün bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Tədbir bədii hissə ilə davam edib, həm incəsənət nümayəndələri, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlar musiqi nömrələri ifa ediblər.

Tədbir zamanı, həmçinin uşaqlara hədiyyələr təqdim edilib.

Xəbər lenti