Logo

Kolleclərə sənəd qəbulu başa çatır

15.04.2024 09:32 323 baxış
IMG

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, abituriyentlər Mərkəzin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

"Bu gün saat 09:00-a olan məlumata əsasən, 31379 abituriyent öz ərizəsini təsdiq edib. 1560 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə də tövsiyə edirik ki, ərizənin təsdiqini təmin etsinlər", - məlumatda vurğulanıb.

Xəbər lenti