Logo

Türkiyəli professor ADPU-nun Quba filialında olub

15.04.2024 13:19 154 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Türkiyənin Başkənd Universitetinin Təhsil fakültəsinin müəllimi, Təhsil Elmləri İnstitutunun direktoru professor Sərvət Özdəmir ADPU-nun Quba filialında olublar.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, qonaqları filialla tanış edən direktor dosent Yusif Alıyev, əvvəlcə son illər yaradılan yeni auditoriyalar, kabinetlər, mərkəzlər, filialda aparılan yenidənqurma və bərpa işləri haqqında ətraflı məlumat verib, qarşıdakı hədəflər haqqında danışıb, təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Daha sonra filial kollektivi ilə görüş keçirilib, “Təhsil və idarəetmə” mövzusunda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib.

Xəbər lenti