Logo

Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

15.04.2024 15:16 375 baxış
IMG

Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə uyğunlaşdırılmış “Biz artıq böyümüşük” hekayəsinin yayımına başlayıb.

Bu barədə "Tehsil.biz"ə Tərcümə Mərkəzindən bildirilib.

Hekayə türk dilinə Mərkəzin türk dili mütəxəssisi Sənan Nağı tərəfindən uyğunlaşdırılıb.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermontov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Xəbər lenti