Logo

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTO

15.04.2024 19:18 141 baxış
IMG

Aprelin 15-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, AMEA rəhbərliyi Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Xəbər lenti