Logo

Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU

15.04.2024 22:16 162 baxış
IMG

Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib.

Tehsil.biz “Euronews”a istinadən xəbər verir ki, bu haqda Polşanın Baş naziri Donald Tusk məlumat verib.

Polşa məktəblərində 1-3-cü sinif şagirdləri incə motor bacarıqlarının inkişafı üçün tapşırıqlar istisna olmaqla, ev tapşırığından azad edilir, 4-8-ci siniflər üçün isə ev tapşırığı artıq məcburi deyil və qiymət verilmir", - Tusk bildirib.

Nazirin sözlərinə görə, məktəblilər üçün ev tapşırığı ilə bağlı yeni qaydalar şagirdlərin xüsusilə həftə sonu ev tapşırıqları kontekstində şikayəti ilə əlaqədar olaraq qəbul edilib.

Xəbər lenti