Logo

11 aprel – Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür

11.04.2021 10:26 941 baxış
IMG

Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü hər il Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə müxtəlif  tədbirlərlə keçirilir.

 

Bu il Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Gününün mövzusu “Ruh sağlamlığı”-dır və Böyük Britaniyada ilk dəfə olaraq parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün Parkinson Ruh Sağlamlığı Dəstək Mərkəzi fəaliyyətə başlayacaq.

 

Parkinson – xroniki xəstəlikdir, ilk dəfə 1817-ci ildə ingilis həkimi Ceyms Parkinson tərəfindən nevroloji sindrom kimi təsvir edilib.

 

Parkinson ciddi hərəkət pozuntuları ilə müşayiət olunur. Əsas risk amilləri: yaş, ətraf mühitin təsiri, toksik və genetik faktorlardır. Xəstəliyin ilkin inkişafında simptomlar 21yaşından 40 yaşınadək özünü göstərə bilər. Sağlam həyat tərzinə üstünlük vermək, zərərli vərdişlərdən, stress və fiziki passivlikdən uzaq olmaq həm xəstəliyin profilaktikasında, həm də müalicəsində əsas yer tutur.

Xəbər lenti