Logo

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

16.04.2024 10:15 399 baxış
IMG

Hərbi təhsil müəssisələrinə qəbul qaydaları və həmin təhsil müəssisələrində yaradılan təhsil imkanları barədə şagirdlərin məlumatlandırılması məqsədilə Balakən şəhəri Nizami adına 1 və Nəsimi adına 2 nömrəli tam orta məktəblərdə maarifləndirici görüşlər keçirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin hərbi qulluqçusu, polkovnik-leytenant Xəyal Cumayəddinovun, rayonun ümumi təhsil müəssisələrinin hərbi rəhbərlərinin və yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbirlərdə hərbi təhsil müəssisələri haqqında ətraflı məlumat verilib, təqdimat nümayiş olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədovun verdiyi məlumata görə, Milli Müdafiə Universiteti 1-30 aprel tarixlərində tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə (Heydər Əliyev adına Hərbi İnstitut, Bakı, Gəncə, Naxçıvan Hərbi kollecləri, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi liseylər) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul elan edir. Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

Xəbər lenti