Logo

BSU-nun əməkdaşları və tələbələri diplomla təltif ediliblər

09.10.2020 12:50 531 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları və tələbələri növbəti uğura imza atıblar.BSU-nun Mətbuat Xidmətindən verilən məlumata görə, bu ali təhsil müəssisəsinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva və BSU-dakı Bolqar Tədris-Mədəniyyət Mərkəzinin mütəxəssisi Leyla Ocaqverdiyeva, eləcə də Beynəlxalq münasibətlər, regionşünaslıq vəjurnalistika fakültəsinin tələbəsi Fidan Siraczadə, Tərcümə fakültəsinin tələbələri Aysel Məmmədova, Aydan Babatova, Tərgül Əsədova,Fatimə ƏliyevaBolqarıstan Elmlər Akademiyasının professoru Lyubomir Andreyçin adına Bolqar Dili İnstitutu tərəfindən keçirilən "Yazılanlar qalır. Düzgün yazın!" kampaniyası çərçivəsində onlayn formada təşkil olunan imla müsabiqəsində iştirak ediblər.Qeyd edək ki, kampaniyanın keçirilməsinə BSU-nun Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi dəstək verib.

 

Tehsil.biz xəbər verir ki, BSU-nun Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva və BSU-dakı Bolqar Tədris-MədəniyyətMərkəzinin mütəxəssisi Leyla Ocaqverdiyeva, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Fidan Siraczadə, Tərcümə fakültəsinin tələbələri Aysel Məmmədova, Aydan Babatova, Tərgül Əsədova,Fatimə Əliyeva yüksək səviyyəli yazılarına görə diplomla təltif ediliblər.

Xəbər lenti