Logo

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

16.04.2024 17:13 139 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, bülletenin müəllifi İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin aparıcı elmi işçisi iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Fətəliyevadır.

Bülletendə respublikada iqtisadiyyatın rəqəmsal transformasiyası sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri, bu sahədə müasir vəziyyət, onun inkişaf xüsusiyyətləri təhlil edilib. Həmçinin rəqəmsal transformasiya ilə bağlı müxtəlif göstəriciləri əhatə edən indekslərə istinad olunmaqla Azərbaycan və ona qonşu ölkələrin mövqeyi ilə bağlı müqayisəli təhlillər aparılıb, ölkəmiz üçün güclü və zəif tərəflər müəyyənləşdirilib. Sonda iqtisadiyyatın rəqəmsal transformasiyasının sürətləndirilməsi ilə bağlı ümumiləşdirmələr aparılıb, təklif və tövsiyələr verilib.

Bülletenin hazırlanması zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və müxtəlif beynəlxalq təşkilatların – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bankının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hesabatlarından və statistik məlumatlarından istifadə olunub.

Analitik icmal iqtisadçılar, rəqəmsal transformasiya sahəsində qərar qəbul edənlər üçün nəzərdə tutulub.

Nəşrin rəyçiləri dosentlər Allahyar Muradov və Mahir Zeynalov, elmi redaktoru iqtisad elmləri doktoru dosent Leyli Allahverdiyevadır. İqtisadiyyat İnstitutu Elmi şurasının qərarı ilə çap olunan bülletenin buraxılışı üçün məsul şəxs dosent Təbriz Yadigarovdur.

Xəbər lenti