Logo

Rusiyada "TikTok"un bloklanması təklif olunub

16.04.2024 17:29 144 baxış
IMG

Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə TikTok-un bloklanmasını istəyir.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə (“Roskomnadzor”) bu məsələni nəzərkən keçirməyi təklif edib. 

“Roskomnadzor” isə öz növbəsində müraciəti qəbul edib və Rusiyada TikTok-un bloklanması məsələsini mayın 8-nə qədər nəzərdən keçirəcək.

Ekspertlər hesab edir ki, bunun sayəsində Rusiyanın sosial şəbəkələri öz istifadəçi kütlələrini təqribən 30 milyon nəfər artıracaqlar.

Xəbər lenti