Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinqlər Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və Quba Dövlət Sosial-İqtisadi Kollecində keçirilib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, monitorinq zamanı kollecin infrastrukturuna, maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib.
Həmçinin kollecin müəllimləri və tələbələri ilə görüş keçirilib, onların problemləri və təklifləri dinlənilib.