Qarabağ və Şərqi Zəngəzurda məscid və dini abidələrimizə xüsusi diqqət göstərilir.
Azad olunan ərazilərimizdə 400-dən çox tarixi dini abidələrimiz var ki, onlardan da 67-si məscidlərdir.
Ermənilər işğal dövründə məscidlərimizə, dini abidələrimizə ziyan vurub, bəzilərini yer üzündən siliblər. Şuşada üç, Füzulidə iki, Cəbrayılda və Qubadlıda bir məscid, Ağdərədə isə bir məbəd tamamilə dağıdılıb.
Ermənilər tərəfindən alban xristianlıq dövrü abidələrinə dəyən ziyan da az deyil.
Hazırda dini abidələrə dəyən ziyanları hesablamaqla bərabər onların bərpası da aparılır. Bundan başqa ərazidə yeni məscidlər də tikilir.
Ətraflı İctimai TV-nin süjetini təqdim edirik: