Avropa Komissiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ENGAGE layihəsində tərəfdaşlığını rəsmən təsdiq edib.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Bildirilib ki, Mingəçevir Dövlət Universitetinin (MDU) koordinator olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsində ADPU-nun assosiativ tərəfdaşlığı Avropa Komissiyası tərəfindən rəsmən təsdiq olunub.