Logo

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər- FOTO

16.04.2024 21:21 136 baxış
IMG

Gürcüstanın Tsxaltubo şəhərində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO 2024) keçirilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Nəticələrə əsasən, Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin 9-cu sinif şagirdi Zəhra İbişova və Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova həvəsləndirici mükafata layiq görülüblər.

Xəbər lenti