Logo

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub -FOTO

16.04.2024 21:37 141 baxış
IMG

Türkiyənin Hacettepe Universitetinin təhsil elmləri üzrə professoru Səlahəddin Gelbal Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib. 

Bildirilib ki, qonaq ADPU-nun rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova ilə görüşüb. Cəfər Cəfərov ADPU-nun fəaliyyəti haqqında ətraflı məlumat verib. 

Görüşdə ADPU və Türkiyə universitetləri arasında əlaqələrdən danışılıb, elmi əməkdaşlığın qurulması, akademik heyətin, tələbələrin qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub. Həmçinin təhsildə qiymətləndirmə və monitorinqin əhəmiyyəti vurğulanıb və bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Xəbər lenti