Logo

“Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” mövzusunda təlim keçirilib

16.04.2024 22:00 229 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” mövzusunda təlim keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimçi BDU-nun məzunu, idarəetmə psixoloqu, Psixoloji Diaqnostika İnstitutunun direktor müavini David Poladov olub. O, ünsiyyət prosesinin verbal (söz, dil və nitqdən istifadə etməklə) və qeyri-verbal (əl-qol hərəkətləri, səs tonu, nitqin sürəti, tezliyi, bədən dili, sifət cizgiləri, geyim tərzi, ünsiyyət zamanı saxladığı məsafə və s.) vasitələrlə qurulduğunu bildirib. Təlimçi qeyd edib ki, insanlar verbal ünsiyyəti öyrəndikləri kimi, qeyri-verbal ünsiyyət vasitələrinə də sosial mühitdə yiyələnirlər. Kommunikasiya prosesində söz 17, səs 28, sözün necə deyilməsi isə 55 faiz əhəmiyyət kəsb edir. David Poladov gündəlik həyatda, siyasi görüşlərdə bədən dilini bilməyin vacibliyini vurğulayıb, dominantlıq, manipulyasiya kimi mövzulardan da söhbət açıb.

Təlimin sonunda təlimçi tələbələrlə müxtəlif kommunikasiya texnikaları üzərində işləyib və onların suallarını cavablandırıb.

Xəbər lenti