“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun təşkilatçılığı ilə “Retro” konsert proqramı təqdim edilib.
Bu barədə "Tehsil.biz"ə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.
Bildirilib ki, proqramda könüllülərin ifasında “İntizar”, “We Will Rock You”, “Bayatılar”, “Ölsəm bağışla” əsərləri səsləndirilib.
Konsertdə, həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü olan 10-a yaxın könüllü təşkilatının (“KOB könüllüləri”, “MEDİA könüllüləri”, “Könüllü gömrükçü”, “Miqrasiya könüllüsü”, “Bir könüllü”, “Fövqəladə hallar könüllüləri”, “Könüllü DOST”, “Aqrar İnkişaf Könüllüləri” və “Ekokönüllü”) üzvləri iştirak ediblər.
2019-cu ildən fəaliyyət göstərən “BDU könüllüləri” təşkilatı hazırda öz ətrafında 1000-ə yaxın tələbəni birləşdirir.