Logo

“Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb

17.04.2024 11:44 188 baxış
IMG

Milli Kitabxanada Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günü münasibətilə “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərləri, həyatı haqqında, Azərbaycan klassik musiqisinin formalaşmasında, opera sənətinin, eyni zamanda, musiqi teatrının təşkili və inkişafında Zülfüqar Hacıbəyovun rolundan bəhs edən kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Xəbər lenti