"Gələcəkdə hər bir bölgədə ən azı 2-3 təmayüllü lisey fəaliyyət göstərməlidir".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.
Nazir bütün bölgələrdə lisey və gimnaziyaların sayının artırılmasını hədəf olduğunu bildirib:
"Bu tipli təhsil müəssisələri yalnız Bakı və Sumqayıtda deyil, ölkənin bütün bölgələrində olmalıdır".
Mərcanə Əsədova