Logo

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

17.04.2024 18:44 168 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbəsi Nicat Kərimli karate üzrə dünya çempionu olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, N.Kərimli Bolqarıstanın Albena şəhərində Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü dünya çempionatında 75 kiloqram çəki dərəcəsində hər iki kateqoriyada mübarizə apararaq dünya çempionu olub.

Xəbər lenti