Logo

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

17.04.2024 19:00 207 baxış
IMG

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, UNEC-in rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev UNEC-də “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində təhsil almaq istədiyini söyləyib. Bacısının UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev onun müsbət rəyləri əsasında bu ali məktəbi seçdiyini bildirib.

Savadlı gənclərin UNEC-də təhsil almasının universitetin əsas hədəflərindən olduğunu deyən rektor bu istiqamətdə uğurlu nəticələr eldə edildiyini vurğulayıb. Rektor abituriyentə rəqəmsal UNEC-dəki təhsil mühiti, xüsusi təqaüd imkanı, tələbə təşkilatları, xarici mübadilə proqramları, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eləcə də özünüinkişafla bağlı yaradılan imkanlar və digər üstünlüklərdən bəhs edib.

Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov isə fakültədə tələbələr üçün yaradılan şərait, kompüter laboratoriyaları, imtahan prosesi, karyera imkanları və s. barədə məlumat verib.

Görüşün sonunda Ədalət Muradov Məhəmməd Əliyevə UNEC-in neftlə çəkilmiş rəsmini hədiyyə edib.

Sonra M.Əliyev UNEC-də infoturda olub, dərs və imtahan prosesini izləyib.

Xəbər lenti