Aprelin 7-də keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb.
Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, şagirdlər nəticələrini https://kenquru24.az/ saytında və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.
Müsabiqə ilə əlaqəli müraciətlər aprelin 23-dək [email protected] ünvanı vasitəsilə qəbul edilir.
Final mərhələsinə keçid balları Təhsil İnstitutunun saytında yerləşdirilib.