Logo

ADAU-nun “Menecment” ixtisası tələbələrinin Almaniyada praktikası davam edir

18.04.2024 10:19 135 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Menecment” (alman proqramı) ixtisasında təhsil alan bir qrup III kurs tələbəsinin Almaniya Federativ Respublikasında praktikası davam edir.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Ayxan Ağalarov, Real Axundov, Hacı Balakişiyev, Sənan Hacıyev, Fərid Həsənov və Samir Namazov auditoriyada aldıqları nəzəri bilikləri Almaniyanın müxtəlif kənd təsərrüfatı müəssisələrində praktiki bacarıqlar ilə təkmilləşdirirlər.

Xəbər lenti