Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Alabuqa”Sənaye İstehsalat tipli xüsusi iqtisadi zonasının nümayəndələri ilə görüş keçirilib.
Bu barədə "Tehdil.biz"ə universitetdən bildirilib.
Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, həmçinin “Alabuqa”Sənaye İstehsalat tipli xüsusi iqtisadi zonasının MDB ölkələri ilə qarşılqılı əlaqələrin idarə olunması layihələrinin rəhbəri Yevgeniy Belov, HR üzrə mütəxəssis Aydar Valiyev iştirak ediblər.
Əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə təhsil və tədrisdə əməkdaşlıq, innovativ ideyalar əsasında sənaye istehsalının birgə təşkili və digər istiqamətlər haqqında müzakirələr aparılıb.