Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi məsələsinə münasibət bildirib.
"Tehsil.biz"in məlumatına görə, agentlik direktoru bildirib ki, 4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi valideynlərin təşəbbüsü ola bilər.
E.Bağırov bildirib ki, agentlik məktəblərə belə tapşırıq verməyib:
"4-cü siniflərin "Son zəng" keçirməsi valideynlərin təşəbbüsü ola bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.