"Kişi müəllimlərin sayında azalma müşahidə olunmur".
Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
O bildirib ki, ənənəvi olaraq müəllimlərin statistikasında qadın müəllimlərin sayı kişilərin sayını üstələyir:
“Müəllimlərin qadın və yaxud kişi olmasının uşaqların tərbiyəsinə təsir etməsi fikrini əsaslı saymıram”.