Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib.
Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.