Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısının oktyabrın 7-dən 10-dək Bakıda təşkil olunması planlaşdırılıb.
Bu barədə "Tehsil.biz"ə Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan məlumat verilib.
Bildirilib ki, simpoziumda əsasən batareyalar və superkapasitorlar, yanacaq/elektrolitik elementlər və digər məsələlər üzrə əldə edilmiş son nailiyyətlərin müzakirəsi aparılacaq.