“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, psixoloji yardım göstərməkdir".
Tehsil.biz xəbər verir ki, bunu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin tətbiqinə dair keçirilən dəyirmi masada deyib.
O bildirib ki, məktəblinin dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətləri və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarıqlarının formalaşdırılmasında iştirak edirlər.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi 2016-cı ildən fəaliyyət göstərir və hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir.