Logo

700 uşaq 8 il ərzində müəyyən səbəblərə görə psixiatra yönləndirilib

18.04.2024 15:35 416 baxış
IMG

"Son 8 il ərzində "Məktəblinin dostu" tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib, 2 586 dəfə tibb heyəti gəlməzdən əvvəl təcili müdaxilə edilib".

Tehsil.biz xəbər verir ki, bunu Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bundan başqa, 22 dəfə məktəblərdə yanğının qarşısı alınıb, 2000-dən çox şagirdə psixoloji yardım göstərilib, həmçinin 700 uşaq 8 il ərzində müəyyən səbəblərə görə psixiatra yönləndirilib.

Xəbər lenti