Logo

"Şagirdlər arasında bulinq, qısnama, intihar halları olur"

18.04.2024 15:48 189 baxış
IMG

"Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, məktəblərdə daha ciddi fəsadların qarşısı məhz "Məktəblinin dostu" layihəsi əsasında alınıb:

"4000-dən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər. Bir çox hallarda formalaşmış məktəb mədəniyyəti var. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar".

Xəbər lenti