Logo

"Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil"

18.04.2024 15:55 127 baxış
IMG

"Neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır. Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur:

"Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam. Məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır. Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur".

Xəbər lenti