"Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür mövcuddur. Düşünürlər ki, 1 nəfər 800 şagirdə xidmət etməlidir".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, şagirdlərin psixoloji inkişafına, tədris fəaliyyətinin şagirdlərin psixologiyasına təsirini məktəb psixoloqu müəllimlərlə birgə öyrənməli və dəstək olmalıdır.
“Məktəb psixoloqu terapiya aparan şəxs deyil”, - deyə nazir qeyd edib.