Logo

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

18.04.2024 16:53 147 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Qazaxıstan Respublikasının Botanika və Fitointroduksiya İnstitutu arasında elmi və elmi-təşkilati fəaliyyətə dair müqavilə imzalanıb.

Bu barədə "Tehsil.biz"ə Dendrologiya İnstitutundan bildirilib.

Müqavilədə bitkilərin introduksiyası, bioloji biomüxtəlifliyin və dünya florasının mühafizəsi problemlərinin həllinin yeni introduksiya şəraitində öyrənilməsi, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi, bitki introduksiyası sahəsində uzunmüddətli və səmərəli birgə görüşləri nəzərə alaraq əlaqələrin qorunub saxlanması və möhkəmləndirilməsinə dair əməkdaşlıq yer alır.

Xəbər lenti