Logo

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

18.04.2024 17:10 225 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisi keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

Sərginin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük rolunu, müəlliflik hüququnun mədəni irsin yaranması və qorunub saxlanmasında əhəmiyyətini vurğulamaq, gənc nəslin diqqətini mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.

BDU-nun həyətində keçiriləcək sərgidə ölkənin tanınmış nəşriyyatları və kitab mağazaları iştirak edəcək.

Xəbər lenti