Azərbaycan Milli Kitabxanasında “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Azərbaycanın mövcud tarixi, dini və mədəniyyət abidələrinin, dünya tarixi abidələrinin mühafizəsi və bərpası, mədəni irsimizi beynəlxalq aləmdə təbliği haqqında kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.