Logo

Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

18.04.2024 18:48 167 baxış
IMG

Əqli Mülkiyyət Agentliyində ölkəmizin ali məktəblərində təhsil alan tələbə və doktorantlar, o cümlədən elm sahəsində çalışan gənclərlə görüş keçirilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə gənclərə ixtira və faydalı modelə patent alınması üçün milli və beynəlxalq iddia sənədlərinin verilməsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının müvafiq məlumat bazalarında patent axtarışının həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib, gənclərin sualları cavablandırılıb.

Öz ixtiralarını qeydiyyata almağa maraq göstərən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin tələbələrinə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib. Nəticədə gənc ixtiraçılar ixtiralarının qeydiyyata alınması üçün sənədlərini Agentliyə təqdim ediblər.

Xatırladaq ki, 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ərəfəsində əqli mülkiyyət mədəniyyətinin gücləndirilməsi və cəmiyyətin ayrı-ayrı təbəqələrinin diqqətinin əqli mülkiyyətə cəlb edilməsi məqsədilə Agentlik tərəfindən “Əqli mülkiyyət aylığı” elan edilib. “Əqli mülkiyyət aylığı” çərçivəsində ixtiraçılar arasında maarifləndirmə işləri davam etdirilir.

Xəbər lenti