Azərbaycan Dillər Universitetində (ADU) B
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Tədbiri giriş sözü ilə açan moderator, Beynəlxalq münasibətlər kafedrasının müəllimi t.ü.f.d.Lamiyyə Namazova Böyük Yaxın Şərq layihəsinin mahiyyəti, prinsipləri, tarixi və regionun əhəmiyyəti haqqında məlumat verib.
“Böyük Yaxın Şərq layihəsinin mahiyyəti və reallaşdırılmasına yanaşmalar” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müəllimi Günel Hacalıyeva, Böyük Yaxın Şərq Layihəsinin yaranmasını şərtləndirən tarixi geosiyasi vəziyyəti şərh edib. Böyük Yaxın Şərq Layihəsinin mahiyyəti, həyata keçirilmə aspektləri və ABŞ prezidentlərinin administrasiyaları dövründə fərqli yanaşmalar haqqında danışıb.
“ABŞ-ın Böyük Yaxın Şərq layihəsi çərçivəsində müttəfiqlik siyasəti” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının magistrantı Kamran İmaməliyev, ABŞ müttəfiqləri ilə münasibətləri və Yaxın Şərqdə həyata keçirdiyi siyasəti haqqında geniş məlumat verib.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.
ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, prof. Aida Yusifzadə, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri Ədalət Abdiyeva, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekan müavinləri Namiq Kərimov, Asif Abbasov və Siyasi araşdırmalar mərkəzinin müdiri Əli Məmmədov mövzu ilə bağlı fikirlərini bildiriblər.